“Röya toya yarım saatı 8 min manata gedir” .
Bu sözləri prodüser Tolik (Tarix Əliyev) aparıcısı olduğu “Hər şey daxil” verilişində deyib.
O, əməkdar artistdən savayı digər ifaçıların da qiymətini açıqlayıb: “Aygün Kazımova, Brilliant Dadaşova isə toya yarım saatı 6000-7000 manata gedirlər. Miri Yusif isə toya yarım saatı 6000 manata gedir”.