Nazənini bu geyiminə görə BİABIR ETDİLƏR - FOTO

Müğənni Nazənin Salayevanın sosial şəbəkədə yayımladığı fotosu müzakirələrə səbəb olub.

"Sherg.az" BiG.AZ-a istinadən xəbər verir ki, sənətçinin geyindiyi enliətək şalvarını son dəbə uyğunlaşdırmağa çalışması uğursuz alınıb. Belə ki, ifaçı adi qara iplə şalvarının ətəyini bağlayıb.

Yeni dəb şalvarlardan etmək istəyən Nazənini izləyiciləri tənqid edib. Sənətçinin ünvanına "Hələ görməmişdim ki, ayaqqabının ipini şalvarın üstündən bağlasınlar", "Şalvarın ətəyi niyə belədir? Yeni tərzdi?" kimi sözlər yazılıb.

Nazəninin eyni zamanda idman tərzli kofta ilə hündürdaban geyinməsi də tənqid olunub./Axşam.az