"Keyfiyyətsiz həkimlərə görə çəkim artdı"

Müğənni Xatirə İslam “Günün sədası” proqramında qonaq olarkən ana olmağa hazırlaşması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
“Sherg.az” xəbər verir ki, o iki ildir müalicə aldığını söyləyib:
“İkinci dəfə ana olmaq üçün hormon dərmanları qəbul edirdim.
Onlar da çox ziyanlıdır. Bu üzdən 20 kilo kökəldim. Hər dəfə kök görsənəndə yazırlar ki, hamilədir.
Belə bir şey olsa, açıqlayaram. Lakin keyfiyyətsiz həkimlərə görə çəkim artdı. Yenidən ana olmaq üçün sonuncu addımı atmışam. Hazırda da müalicə alıram”.