İlkin Əhmədov: "Sənəti olmayanlarla verilişlərə birgə qatılmağı istəmirəm”

Xanəndə İlkin Əhmədov “Xəbər-ətər” verilişindəki açıqlaması ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o proqrama kiminlə dəvət olunduğunu əvvəlcədən öyrənəcəyini söyləyib:
“Belə etməsən, xeyri yoxdur. Tərəf müqabilimi seçməliyəm. Yenə də  verilişlərin ixtiyarındadır, dəvət etməyə də bilərsiz”.
Aparıcı Zümrüd Bədəlova deyib ki, artıq bəzi müğənnilərin də dəvət edilərkən qonaqlardan başqa kimin olacağını soruşurlar. Əməkdar artist isə onların qorxudan belə etdiklərini xüsusi vurğulayıb:
“Hansısa bir sənətkarla efirə çıxmaqdan qorxa bilərlər. Mən isə qeyri-peşəkarlar və sənəti olmayanlarla verilişlərə birgə qatılmağı  istəmirəm”.