Elza bu dəfə KORSETƏ şeir YAZDI

Əməkdar artist Elza Seyidcahan növbəti fərqli geyimi ilə diqqət çəkib. O saçında korsetdən güldan hazırladıb. E.Seyidcahanın saç düzümündə təbii güllərdən istifadə olunub. 

"Sherg.az" xəbər verir ki, bəstəkar hətta korsetə şeir də yazıb:
Başını fırladan mənim bədənimdir. 
Altına girdiyim mənim ədəbimdir.
 İçimdə süzən bu ruh təbibimdir. Ağzımdan tökülən sözlər ədibimdir. Yolumu gözləyən o mənim vətənimdir. Fikrimdə yalquz həsrət var,
səfərimdir. 
 Zamanı gələr, gec də olsa,
 kəfənimdir. 
Əzizlərdən ayrılığım uzaq olsun, kədərimdir. 
Sevgilimin qollarından ayrı düşsəm, zəhərimdir. 
Ağıla gəlməyən bu fikir dost da olsa, qəhərimdir. 
Əynimə geyindiyimi görüb yozduğumuz təhərimdir.
 Qarşımda əriyən bu şam adamımdır. Başımı fırladan mənim yazanımdır, yamanımdır.