Elza Seyidcahan yenə də insanları təəccübləndirib

  Hər zaman fəqli imici və şeiriləri ilə insanları təəccübləndirən Əməkdar artist Elza Seyidcahan yenə fərqli görünüşlə gündəmə gəlib.

 Müğənni bu dəfə başında gül dəstəsi düzəltdirib. Seyidcahan bunun üçün korsetdən istifadə edib.

O, korseti başına qoyduraraq, içərisinə güllər yığdırıb. İfaçı sözügedən fotonu özünün "instagram" hesabında paylaşıb. Müğənninin "KORSET. Başını fırladan mənim bədənimdir. Altına girdiyim mənim ədəbimdir" fikri sosial mediada birmənalı qarşılanmayıb.