Bu da xalq artistinin hamıdan gizlətdiyi "qızı" - FOTOLAR

Xalq artisti Firəngiz Mütəllimovanın yaradıcılığı qədər həyatı da hər bir tamaşaçı üçün maraqlı olub.



Aktrisa instaqram hesabında paylaşdığı fotolarla diqqət çəkib. Belə ki, o, arxiv və yeni fotolarını paylaşaraq birlikdə görüntüləndiyi Gülnar adlı xanımı qızı olaraq təqdim edib. Hər kəs bu fotolardan təəccüblənib çünki Firəngiz Mütəllimovanın övladı yoxdur. Sonradan məlum olub ki, Gülnar aktrisanın bacısı qızıdır.

Sherg.az "big.az"-a istinadən xəbər verir ki, Firəngiz Mütəllimova fotoları paylaşraq bunları yazıb: "Mənim ürəyim, səni o qədər sevdim, o qədər çox istədim ki, öz sevgimlə sənət sevgisini də sənə aşılamağı bacardım. Ən böyük arzum balamla teart səhnəsində hər hansısa bir tamaşada səhnəni paylaşmaqdır. Yəni, tərəf müqabili olmaq. Allah o günü mənə və sənə nəsib etsin. Allah bizi balalarımızdan sevindirsin. Sənə inanıram. Teatra olan hədsiz sevgin, istedadın mənim davamçın olmağının sübutudur".