Demetin "Eurovision" paylaşımı səs-küy yaratdı

Müğənni Demet Akalının "Eurovision" mahnı müsabiqəsi haqda tvitterdə yazdığı status qalmaqala səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçi Murad Bozun "Eurovision"a getməsini istədiyini dilə gətirib. Akalın paylaşımında "Murad Boz nə əyləndirərdi... Gələn il biz də olaq, qısqandım. Nə gözəldilər" sözlərini yazıb.

İzləyicilərindən biri sənətçiyə "Bacı, biz səni görmək istəyirik" yazıb. Demet yazılana "İngilis dilim yoxdur" cavabını verib. "Türk dilinidə bilmirsiz" deyə, izləyicisi müğənnini ələ salıb.