Nigar Camaldan replika:““Ell və Nikki, yoxsa Eliş - Nikki?”

Ağ Partiya başqanı Tural Abbaslı “Musavat.com”a açıqlamasında  “Evrovision” qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir:
“ Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar”.

“Sherg.az” xəbər verir ki, T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla  fotosunu paylaşaraq bunları yazıb:

“Ell və Nikki, ya Eliş və Nikki?”.

Eldar isə həmin paylaşıma bir komment əlavə edib:

“Məncə, Nicar Jamalzadə”.

Sənətçinin paylaşımı sosial şəbəkələrdə T.Abbaslının açıqlamasını xatırladıb.