"Arvadıma görə bacıma iki şillə vurdum"

Müğənni Nadir Qafarzadənin illər öncəki "Qafqazinfo.az"a açıqlaması yenidən gündəm olub. 
"Sherg.az"ın məlumatına görə, onun həyat yoldaşı və bacısı haqda dedikləri sosial şəbəkələrdə təkrar paylaşılıb. Sənətçi ailəsi ilə bağlı bu fikirləri müzakirələrə səbəb olub: 
"Yeni evlənmişdik, atamgilə getmişdik. Özü də Sevinclə mənı tanış edən bacım ona sataşdı. Bacım baldızlıq etməyə başladı. Söz atırdı, həyat yoldaşım susurdu. Durdum, iki şillə vurdum. Dedim, nə istəyirsən bu yetimdən? Bacımın ərinə dedim ki, arvadını yığışdır".