Pərvin Abiyeva:"Həcilərdən qaçıram"

Aktrisa Pərvin Abiyeva İsa Şükürovun təqdimatında yayımlanan “Show news” proqramında izləyiclərdən gələn sualları cavablandırıb.
“Sherg.az” P.Abiyevanın müsahibəsini təqdim edir:

-On yeddi yaşınızdakı Pərvinə nə demək istərdiniz?

-Ay qız, ərə get, yoxsa evdə qalacaqsan.

-Unutmadığı sevgisi varmı?

-Heç kimi unutmuram. Hər biri həyatımda iz qoyan insanlardır. 

-Hər zaman namusdan danışır. Amma son dəfə nigahsız uşaq dünyaya gətirə biləcəyini söyləmişdi.

-Heç vaxt namusdan danışmamışam. Mən beləyəm, eləyəm deməmişəm.  Azad insanam. Azadlığımı kənardan namuslu, ya namussuz görənlər olur.

-Pərvin də Həci axtarır?

-Yox, onlardan qaçır.

-Özünün keçmiş şəkillərinə baxanda nə düşünür?

-“Necə də eybəcər olmuşam” deyirəm.

-Özündən yaşca kiçik biri ilə evlənərmi?

-Bəli, ailə quraram.  Lakin baxır neçə yaş fərqi var. Çoxdursa,  yox

-Tək yaşayırsınız, yoxsa ailənizlə?

-Ailəmlə.