Tolikdən Rozaya İSMARIŞ:"Ölü dalınca danışma"

Xəbər verdiyimiz kimi müğənni Roza Zərgərli mərhum xalq artisti İlhamə Quliyevanın bir vaxt onun yolunu kəsdiyini söyləyib. 
"Sherg.az" xəbər verir ki, sənətçinin bu açıqlamasına prodüser Tarix Əliyev münasibət bildirib. O səhifələrin birində bu rəyi yazıb:
"İlhamə xanım sənin yolunu niyə kəssin? Sənətin onun sənətindən böyükdür? Səni çox sevirəm, amma bəziləri kimi ölünün dalınca danışma".