Məşhur müğənni vəfat etdi

Məşhur müğənni "Qremmi" musiqi mükafatının beşqat laureatı Bi Cey Tomas vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə musiqiçinin tvitter səhifəsində yazılıb. Bildirilib ki, o, 78 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.

Bi Cey Tomas "Butç Kessidi və Sandens Kid", "Forrets Qamp", "Hörümçək adam -2" kimi məşhur filmlərdə səsləndirilən "Raindrops Keep Faillin on My Head" mahnısı ilə məşhurdur.