Faytonçu Nazim GİLEYLƏNDİ: “Bütün yığdığım pulu xərclədim”  

Müğənni Nazim Pişyarının ailəsində şad gün olacaq.

“Sherg.az” xəbər verir ki, ifaçı “Söz Baz” verilişinə açıqlamasında oğlunu evləndirəcəyini söyləyib:

“Toylara icazə verilsin. O zaman çox gözləməyəcəm. Birdən pandemiya yenindən yayılar. Ona görə dərhal toy edəcəm. Hər valideynin olduğu kimi bizim də  övladımızın toyunu görmək arzumuz var”.

Sənətçi pandemiya dövründə maddi cəhətdən çətinliklər yaşadığını xüsusi vurğulayıb:

 “Heç bir vəsait əldə etməmişəm. Öz yığdığımız pulla dolandıq. Bir təhər yola verdik.  Yaradıcı insanı qapalı saxlamaq mümkün deyil. Biz belə bir il yaşadıq. Bu ab-havada, qadağaların olduğu bir zamanda nə edə bilərik. Biz sındıq".