Mətanət Cavanşir və Manafla barışdı - FOTO

Bir müddət öncə müğənnilər Cavanşir Məmmədov və Manaf Ağayev efirdə jurnalistlərin ünvanına çirkin sözlər səsləndiriblər. Bunun ardınca aparıcı Mətanət Əliverdiyeva onlara reaksiya verib və tənqid edib. Lakin M.Əliverdiyeva hər iki ifaçını aparıcısı olduğu "6/8 Axşam şou"suna çağırıb. 
"Sherg.az" xəbər verir ki, onlar proqramda barışıblar. Bu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.