Manaf jurnalistlərdən danışdı: "Yazır 200 manat verib sildirirsən"

"Jurnalistlərdən mən çox yanıxlıyam. Təbii ki hamısına aid deyil. Şou yazarlarından 3-5 nəfər var, özləri bilir".

"Sherg.az" xəbər verir ki, bu sözləri "6/8 Axşam şou"snda müğənni Manaf Ağayev söyləyib. O, aparıcı Mətanət Əliverdiyevaya müraciət edərək bunları deyib:
" Siz elə etdiniz ki, güya mən demişəm, yaxşı jurnalist yoxdur. Aparıcı sual versə, hamısına aiddir? Deyərdim yox. Bir gün oğlum haqda yazmışdılar ki, "avtoş"dur. O, da "nemets" kimi uşaqdır. Allah hamıya elə övlad qismət etsin.  Adıma bir cərimə belə gəlməz, çox səliqəlidir.  İnstaqramdan götürüb paylaşıblar.

Bütün saytlar yazır. Oğlumun da əsəbdən ürəyi partlayır. Atası kimi əsəbidir. Qayıtdı ki, oxuma daha, sənətdən get:"Sənə görə məndən yazırlar". Mən də hamıya zəng etdim.  Biri var, ona dedim, heç olmasa sən yazma. Axı məni görəndə tərifləyirsən. Evdə qırğın gedir. Söylədim ki, axı biz dostuq. O, da dedi ki, jurnalistlə müğənni heç vaxt dost ola bilməz. Gördüm ki həqiqətən belədir. Kiminləsə pıçıldaşırsan. Sirr verə bilmirsən. Bunları görüb yaşamışam. Biri mən elədiyimi, göstərdiyim yardımları  edən başqa müğənni desin. Yardımları paylaşmayanda deyirlər, niyə etmirsən. Ona görə göstərmək lazımdır. Uşağımın boğazından kəsib kiməsə yardım edirəmsə, niyə göstərməyim? Mən kəndçiyəm, rayonlu balasıyam. Danışıram görürəm bir sözü başlığa çıxarıblar. Mən uşağam? Danışığımı bilmirəm? Camaat da başlığı oxuyub yazıya baxmır. Onlar da rəy yazırlar. Sonra da 200 manat verib sildirməli olursan. Professional jurnalistlərə aid deyil".