Rozadan Rəhimə şillə kimi CAVAB:"O nə tamaşa, nə oyun idi?" 

Bir müddət öncə müğənni Rəhim Rəhimli “ATV Maqazin onlarla “ proqramının “33 sual” rubrikasında qonaq olarkən həmkarı Roza Zərgərlinin ünvanına sərt səzləri söyləyib. O, Rozanın “Rəhimin evində də olmuşam” açıqlamasını təkzib edib.
“Sherg.az” xəbər verir ki, R.Zərgərlidən Rəhimə cavab gecikməyib. Sənətçi həmin verilişdə həmkarının iddialarına cavab verib:

“Rəhmətlik rüfətin klipində bir yerdə  olmuşuq. Necə məni həyatında 4 dəfə görmüsən?! Həmin klipə görə studiyada, sonra mahnı  bəstələnəndə, sözlər bölünəndə, bir də klip çəkilişində görüşmüşük. Bu dörd etdi. İllərlə başqa görüşlərimiz də olub. Yadında deyil evinə gələndə xaricdən yeni qayıtmışdın?! O zaman nə proqramlar, nə mahnılar, nə də obrazların var idi. Mahnı satıb özünü dolandırırdın. Hamımızın pis günü olub. Sən də səhnəyə yeni gələn müğənnilərə ehtiyac duyurdun. Evinə girdim sağ tərəfdə otaq  və fortepiaona yerləşirdi. 

Bir az  xatırla. Bəlkə də, səhərlər yuxulu olursan. Amma ananın əllərindən bir daha öpürəm. Çay da süzdü, şirniyyat da verdi, çox kübar xanımdır. Rəhim deyir ki, mən Roza ilə səhnə bölüşməmişəm, Aygün xanımla, Röya ilə oxumuşam. Sonra birdən səhhəti düzəlir və mənimlə birgə ifa etdiyini xatırlayır.  Özü də onu mən dəvət etmişdim”.

İfaçı həmçinin R.Rəhimlinin “Roza musiqiçilərin pulunu ödəməyib” itdihamından da bəsh edib:

“Cəsərətli şəkildə həmin musiqiçiləri qızışdırdığını  etiraf etdi. Bunu bəyəndim. Yaxşı dost idinsə, onları  qızışdırmazdın. Deyərdin, dostumun cibində pul yoxdur, onun əvəzindən ödəyim. Sonra da mənə zəng edərdin maraqlanardın. Deyir, indi zəng edim musiqiçidən  soruşum. Canım, mən ixtisasca rejissoram. Olmayan borcumu indi ödəmək istəyirsənsə, iki il gecikmisən.  Elə öncədən bağlayardın da. O nə tamaşa, nə oyun idi? Şekspir sənin üçün ağalayır. Səmimi deyilsən. Səmimi olsan, qadınlarla dostluq etməyi bacarardın. Bir neçə sənətçi  qadın səninlə dostluq edib, sonra ayrılmısınız. Yaxşı olsan, sona qədər dost olardılar. Rozaya nə olub?! Allah  Rəhimə rəhmət eləsin. Rəhmət ölüyə, diriyə də oxunur. Mənim də ağlım başımdadır. İnşallah beləcə də göylərə gedərəm. Rəhim, sən  diri-diri rəhmətsən. Ağıllı ol”.