Səidə Sultan:"Məni yalnız subay oğlan sevə bilər"

Müğənni Səidə Sultan “Arb Tv”ə bir sıra iddialı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o, heç vaxt evli bir insanlar sevgili olmayacağını söyləyib:
“Subayam, məni də subay oğlan sevə bilər. Evlinin haqqı yoxdur məni sevsin. O hərəkəti edirəmsə, deməli bacılarıma hörmətim yoxdur. Ümumiyyətlə, şou-biznesdə kimsə deyə bilməz ki, Səidə üçün nəsə etmişəm. Hər şeyi özüm bacarmışamn.

Elə həyatı da sevmirəm ki, kiminsə nəyisə olum məni saxlasın.

İt zadam məni saxlasın? Özümün əlim, ayağım, dilim, dilçəyim də var. Mən pul xətrinə həmin həyatı yaşaya bilmərəm. Rəsmən ölüb gəbərərəm. Müğənnilərin qız verib, oğlan evləndirməsində problem yaradan bəzi şou nümayəndələrinin düzgün həyat yaşamamasıdır.

Qurunun oduna yaş da yanır. Əri ola-ola  pis hərəkət edirlər. Biz müğənnilərin adı çıxır. Həmin hərəkəti etmək istəsəm, ərimdən boşanıb edərəm də. Niyə ona hörmətsizlik edim?!”.