“Həmin Zaur”da biabırçılıq! - "Hamamdan çıxıb..." - FOTO

“Həmin Zaur” proqramında biabırçı hadisə baş verib. Buna səbəb aktrisa Çimnaz Sultanova ilə aparıcı Zaur Kamalın söhbəti olub.
“Sherg.az”ın məlumatına görə, Ç.Sultanova hamamdan çıxıb özünə baxanda həyəcanlandığını söyləyib. Bu zaman Z.Kamal ona “Mən siz bilirsiz nə vəziyyətdə görmək istəyirəm?” sualını ünvanlayıb. O, isə “ Onu sonra, hamı elə görmək istəyir. Amma olmaz efirdir”. Aparıcı isə onun  sualı səhv anladığını deyərək bildirib: “Makiyajsız görmək istəyirəm. Sən nə anladın?”