Pərvin TƏSDİQLƏDİ:"Mənə "ilişən" oğlanlar bədbəxt olub"

Aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açıb. O, bir sıra iddialı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, sözügedən yayımda bir izləyicisi ona “Eşitdiyim qədərilə həyat tərziniz yaxşı olmayıb və sizə "ilişən" oğlanlar bədbəxt olub” deyə rəy yazıb.
Sənətçi isə onun kommentini belə cavablandırıb:
“Təbii ki doğrudur. Mən aktrisayam. Azərbaycanda tanınan bir insanam.  Onlar yaxınlaşanda, sevəndə kimi sevdiklərini bilməlidirlər. Mən sıradan, sadə vətəndaş deyiləm”.