Nazim son əməliyyatından danışdı:"Hamı ilə vidalaşdım"

Müğənni Nazim Pişyari (Faytonçu) “Həmin Zaur” proqramında qonaq olarkən sağlamlığı ilə bağlı problemlər yaşadığı günlərədn danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçi bunları deyib:
“Xəstəliyə qalib gəlməyim Allahın lütfü idi. Əslində bu haqda danışmaq istəmirəm. Bir onu bildirim ki, son əməliyyatım 8 saat davam etdi. Həkim demişdi ki, uzunmüddətli olacaq. O zaman hamı ilə vidalaşdım. Beynimdə, qəlbimdə, hər kəslə xudahafizləşdim. Çox şükür indi yaxşıyam".