Afət Fərmanqızı:"Mən savadlı insanam"

Bir neçə gündür müğənni Afət Fərmanqızı açıqlamaları ilə gündəmə gəlir. O, bir xanım həmkarının müğənniləri xaricdə yaşayan azərbaycanlılara söydürdüyünü söyləyib. Sənətçi həmin şəxsin adının "N" hərfi ilə başladığını deyib. deyib.  Sosial şəbəkə istifadəçiləri onun Nazənin Salayeva olduğunu düşünüb. Lakin N.Salayevanın prodüseri Pərviz Fəqan A.Fərmanqızı ilə dost olduqlarını, müğənninin başqa birindən bəhs etdiyini bildirib.

Biz də  A.Fərmanqızı ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik. O, "Sherg.az"a bunları söylədi:

“Ad çəkmək mənim ağlıma gəlmir?  Adını hallandırmaq məhkəməyə predmeti deməkdir. Mən savadlı insanam. Ona görə ismini söyləmirəm. Zamanla hamı biləcək. Kiminsə nə dediyi mənə maraqlı deyil”.