Elməddin Cəfərovdan Vahid Əliyevə:“Yaşlı insandır, boş verək”

Əməkdar artist Vahid Əliyev “Lent.az”a açıqlamasında aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyevə irad bildirib.  O, deyib ki, Fərdanı, Elməddini, Müşfiqi aktyor hesab eləmir.
Aktyor söyləyib ki, E.Cəfərov universitetin tarixini bitirib:
“Bir dəfə Elçin Əlibəyli məndən soruşdu ki Elməddin necə aktyordur? Qayıtdım ki, bu dəqiqə deyərəm. Başa düşdüm ki, Elçin ürək sözlərini mənim vasitəmlə demək istəyir. Elməddindən soruşdum ki Ədil İsgəndərov kimdir? Söylədi ki, bilmirəm. Onların savadı yoxdur”.
“Sherg.az” da əməkdar artistin ittihamlarına cavab almaq üçün E.Cəfərovla əlaqə saxlayıb. O, danışmaq istəmədiyini xüsusi vurğulayıb:
“Allah ona  can sağlığı versin. Xətrini çox istəyirəm. Amma bu haqda danışmayacam. Yaşlı insandır, boş verək”.