Nazilə:"Xınayaxdı adı altında bazar açanları da bəyənmirəm"

Şairə Nazilə Səfərli iştirak etdiyi xınayaxdı məclislərinin birindən fotosunu paylaşıb.

"Sherg.az" xəbər verir ki, o, paylaşıma bu sözləri yazıb:

"Hər məclisin bir adı var. Mən olduğum məclislərin başlıca adı səliqə-səhmandır. Xınayaxdı adı altında bazar açanları da bəyənmirəm. Xına gecəsi ədəb-ərkan çərçivəsindən çıxmamalıdır".