Şəbnəm Tovuzlu:Evimdə tərbiyə var, bu da qızımdan bəllidir"

"Qızım onu öyrədən, dərs keçən xanımla sərbəst ingilis dilində danışırdı. Çox şükür mənim əziyyətimi yerdə qoymadı. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına yüksək balla qəbul olundu". 
"Sherg.az" xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu söyləyib. O, qızından bəhs edərək bunları deyib:
"Zövqü çox gözəldir, əl qabiliyyəti var. İşini sevən, peşəkar bir xanım olacağına inanıram. Qızım şan-şöhrəti sevmir, amma oğlum Əli sevir. Hələ körpədir, uşaqdır, gördüyünü istəyir. Hər zaman demişəm,evimdə özümə görə düzənim var. Kiminsə nəsə söyləməsi mənim üçün önəmli deyil. Zatən məni tanıyanlar, doğmalarım, dostlarım bilirlər ki, çox gözəl ailəyə sahibəm. Evimdə tərbiyə var, bu da qızımdan bəllidir. Əli ərköyündür. Bağçada dil öyrədirlər, üzgüçülük kursuna gedir".