Xoşqədəm Hidayətqızı hansı  telekanallardan təklif alıb? – Açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı növbəti sezon hansı telekanalda çalışacağı ilə bağlı suallara cavab verib.
“Sherg.az”ın məlumatına görə, o, İnstaqram hesabında bu sözləri yazıb:
“Əziz dostlar, bildiyiniz kimi öz ərizəmlə “Xəzər” TV-dən dostcasına ayrıldım. Qeyd edim ki,” Xəzər” TV də açıqlamasında bu faktın doğruluğunu xüsusi vurğulayıb. Çalışdığım TV-dən ayrıldıqdan sonra sizdən çoxlu mesajlar aldım. Narahatlığınızı, mənə olan sevginizi o mesajlarda hiss etdim. Təbii ki, fəaliyyətdə olan telekanallardan , hətta açılması nəzərdə tutulan TV-lərdən belə təkliflər aldım. İstər o təklifi edən telekanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur! Göstərdiyiniz səmimi münasibətə görə, hər birinizə minnətdaram! Mövsüm başlayıb. Hər gün yazırsınız, harada olacağımı soruşursunuz...Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm və qısa müddət sonra Bakıya qayıdacam. Görüşlərimin nəticəsi ilə baglı açıqlamam olacaq. Hələlik, sağlıqla qalın”.

Samirə