Tolik:“Günay İbrahimli efirdə dedi ki, Aygün və Röyadan sonra mənəm...”

“Bəzi müğənnilər jurnalist İsa Şükürova öz kliplərini göndəriblər ki, pul verəcəyik,  səhifəndə paylaş. Onlar belə gündəmə gəlirlər. Lakin sonra deyirlər ki, biz efirlərə, saytlara ödəniş etmirik, özləri bizdən yazırlar, danışırlar”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Onda görüşək” proqramında prodüser Tarix Əliyev (Tolik) söyləyib. O, gənc müğənni Hissdən (Röya) söz açaraq ona tövsiyələrini çatdırıb:
“Onun mahnılarını bəyənirəm. Bu gün “YouTube”, İnstaqram və başqa  platformalarda birinci yerdə ola bilər. Amma Azərbaycan televiziyasında görünməyən insan get-gedə yaddan çıxacaq. Mən “MTV”nin rəhbərliyini tanıyıram, bilirəm ki, onlar həmişə istedadlı gənclərə önəm veriblər və onları təmənnasız işıqlandırıblar.  Hiss deyir ki,  mən trenddəyəm, hansısa xalq artisti yolumu  kəsir. Günay İbrahimli efirdə dedi ki, Aygün Kazımovadan sonra Röya gəlib, onun da ardınca mən gəlmişəm. İllər keçdi Günay bildirdi ki, mən o sözü özüm deməmişdim, öyrətmişdilər, indi isə populyaram, öz yerimdəyəm. Mən Hissə arzu edirəm ki, hər zaman trenddə  birinci olsun. Gəncsən, populyarsan, ətrafında  bəzi müğənnilər var, deyirlər ki, bu efir haqda belə söylə. Onlar sabah  həmin verilişə çıxanda sənin adını çəkməyəcəklər”.

Samirə