"İpi kəssəm, hamı yerə çırpılacaq"

İbrahim Tatlısəs keçmiş həyat yoldaşına xəbərdarlıq edib

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs ilə keçmiş həyat yoldaşı Ədalət Sara arasında qalmaqal yaşanıb.
“Şərq” xəbər verir ki, Ə.Sara “Üç uşağımın da toyuna gəlmədi, onlarla heç vaxt maraqlanmadı” açıqlaması ilə eks-həyat yoldaşına irad bildirib. Müğənni keçmiş xanımının ittihamlarına sosial şəbəkə hesabında cavab verib:
“Geri döndüm, ipimdən yapışanlar çoxalıb. Amma o ipi kəssəm, hamısı yerə çırpılacaq. Xəbərdarlıq edirəm”.