Mehriban Xanlarova sözünü tutdu: Şəhidlərə görə bir il efirlərə çıxmayıb

Əməkdar artist Mehriban Xanlarova uzun müddətdən sonra efirə qayıdıb. Şəhidlərə yas saxladığını söyləyən aktrisa artıq 1 ilin tamam olduğunu deyib. 
"Sherg.az" xəbər verir ki, sənətçi mövzu haqda bunları söyləyib:
"Şəhid ailələrinə hörmət olaraq  televiziya verilişlərinə çıxmayacağımı bildirdin. Çünki həmin dönəmlərdə biz sənət adamlarına ehtiyac yox idi. Sözümü tutdum. Bir ildən sonra "Xəzər" Tv-də "Bağ havası" verilişinin qonağı olacam. Şəhid ailələrinin qarşısında baş əyirəm. Şəhidlərimizin ruhları şad olsun".