Təranə və Musanın qızlarından harınlıq: "Oliqarx fındığıdır, alın..."

Müğənni Təranə Qumralın qızı Qumralın paylaşımı müzakirəyə səbəb olub. 
“Sherg.az” xəbər verir ki, ifaçı Makademiya fındığı yediyi anları instaqramda paylaşıb.
Ölkəmizdə qiyməti olduqca baha olan çərəzi bu şəkildə paylaşması izləyicilərin qəzəbinə səbəb olub.
Qumral isə videoda “Düzdür, bahadır, amma faydalıdır. Alın yeyin. Oliqarx fındığıdır”, - deyə, bildirib.
Qeyd edək ki, sözügedən çərəzin bazardakı qiyməti 11 manatla 20 manat arasında dəyişir.