Eşq yaşadıqlarını etiraf etdi

Amerikalı müğənni Mayli Sayrus uzun illər sonra ilk dəfə şəxsi həyatından danışıb.

Axşam.az xəbər verir ki, "Vogue" jurnalına müsahibə verən sənətçi "Liily" qrupunun üzvü Maks Morando ilə eşq yaşadığını etiraf edib.

O, 2021-ci ildən musiqiçi ilə münasibətdə olduğunu bildirib.

Qeyd edək ki, Mayli Sayrus 2020-ci ildə aktyor Liam Hemsvortdan boşanıb. Ulduzlar 10 il münasibətdə olublar.