Atiyenin ikinci övladı olacaq

Türkiyəli müğənni Atiye şəxsi həyatı ilə gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 il öncə Erol Sebebciylə ailə həyatı quran sənətçi yenidən hamilədir.

Qeyd edək ki, cütlüyün 4 yaşında Ferahfeza adlı bir qızı var.