Ötən may ayında Oğuzhan Koçla 8 aylıq evliliyini bitirən Demet Özdemir yay tətilini Yunanıstanda keçirib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, yunan DJ Sergio ilə eşq yaşadığı iddia edilən Özdemir mövzu ilə bağlı açıqlama verib.
Eşq iddialarına həmişə səssiz qalan Özdemir nəhayyət bir neçə cümlə ifadə edib: "Orada çox dost qazandım, həyatımda heç kim yoxdur. Sevgidən heç vaxt inciməmişəm. Eşq qapısı bağlanılacaq, ya da aralanacaq bir şey deyil. Mənə eşq mövzusunda nə təsir edər bilmirəm".
Məşhur aktrisa Yunanıstandakı evi ilə bağlı "Türkiyəni tərk etmək fikrim yoxdur. Mümkündür? Ölkəmi çox sevirəm. Bütün sosial çevrəm, həmkarlarım, iş gücüm buradadır" deyib.