Hadise Mehmetlə barışıb?

Türkiyəli məşhur müğənni Hadisenin keçmiş həyat yoldaşı Mehmet Dinçerlerlə barışdığı iddia olunub.

Bakupost.az xəbər verir ki, müğənni dünən axşam İzmirdə səhnəyə çıxıb.

“Supermen” mahnısını oxuyarkən Hadise "Bəziləri keçmişdə ilişib qaldığımızı düşünür. Bizdə bir kitab təkrar oxunmaz" deyərək barışıq iddiasına son qoyub.