Şeyma Subaşı və Məhəmməd Əlsaloussi boşanıb - FOTOLAR

Şeyma Subaşı misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussi ilə Mərakeşdə möhtəşəm toyda evlənmişdilər. 

Sherg.az  türk mediasına istinadən xəbər verir ki, təxminən 5 ay əvvəl misirli evlənən Şeyma Subaşı bu gün Beykoz Ədliyyəsində keçirilən məhkəmədə boşanıb.


 
Qeyd edək ki, Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı mayın 2-də misirli Məhəmməd Əlsaloussi ilə ailə həyatı qurub.

Evlilikdə psixoloji zorakılıq iddialarından sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.



 
Qərarını açıqlayan məhkəmə Məhəmməd Əlsaloussi ilə Şeyma Subaşının boşanmasına qərar verib.