Hadisə ilk sevgisindən danışıb

“Fotolarımızı silmədim, təyyarə biletlərini də saxlayıram…”
 
 Türkiyənin pop “ulduzu” Hadisə səssiz-sədasız evləndiyi, qısa müddət sonra isə ayrıldığı keçmiş həyat yoldaşı Mehmet Dinçerlərə olan sevgisini anladıb. İfaçı yeni mahnılardan ibarət albomunun adının niyə “Sevmir” olmasının səbəbini açıqlayıb. 

“Sherg.az” “Milliiyet.com.tr”yə istinadən bildirir ki, müğənni “20 il əvvəl bir baxışla aşiq oldum. O, unutmadığım, qəlbimdə hər zaman xüsusi yeri olacaq insandır”, söyləyib. Hadisənin yeni albomunda yer alan kliplərdə cəsur epizodlar da var. Buna görə təriflərlə yanaşı təpkilər də alan ifaçı albomu və albomun adı barədə açıqlama verib. “Yeni albomun adının “Sevmir” olmasına baxmayın. Sevginin, sevib-sevilməyin nə demək olduğunu öyrənmişəm. “Sevmir” adlı mahnını ilk eşitdiyimdə ağlıma bir insan gəldi. O, 20 il əvvəl bir baxışla aşiq olduğum və o gündən sonra münasibətlərimiz davam etdikcə hər dəfə yenidən aşiq olduğum, məni tamamlayan ilk sevgim idi. Məndən “heç aşiq oldunuzmu, soruşsanız, bu hekayənin baş qəhrəmanı, 20 il əvvəl aşiq olduğum ilk adamı anladaram”, söyləyən Hadisə əlavə edib ki, bəzi insanlar və hadisələr yaddaşlarda gözəl izlər qoyur. Onun ilk sevgisi də bu qəbildəndir. Ona görə də o insanlar bağlı xatirələrin silinməsinə razı olmayıb. Birgə çəkdirdikləri fotoları da saxlayır. Hətta birgə səfər etdikləri yerlərə təyyarə biletlərini də atmayıb.