Murat Boz sevgi meyarını açıqladı: Qəlbi gözəl olsun!

Bu yaxınlarda Diyarbəkirdə verdiyi konsert zamanı üzünə alışqan atılan müğənni Murat Boz ötən axşam yaxın dostu Seda Bakanın yeni layihəsinin qala gecəsinə qatılıb. 
Sherg.az xəbər verir ki, Boz jurnalistlərlə söhbəti zamanı eşqdə axtardığı kriteriyalardan danışıb.

"Uzun müddətdir yanınızda heç kəsi görmürük. "Murat Boz sevgidən üzülmüşdür" kimi şərhlər gəlir. Bununla bağlı nə demək istərdiniz?" sualına Boz belə cavab verib: "Niyə inciməliyəm? Olanda görəcəksiz. Mən belə şeylərdən qaçmıram. Bu dövr yoxdur, amma sevgiyə qapalı deyiləm. Olursa, mütləq qarşınıza çıxarıq”.

Məşhur müğənniyə sevgi kriteriyaları barədə də sual verilib. Murat Boz belə deyib:"Bu iş bir az enerji işidir. Bir az da bir-birimizi tanımaq... Könlü gözəl olsun. Birlikdə bacararıq. Yetər ki, eyni yolda yürüməyə söz verək".