Yol polisi piyadalara müraciət etdi
Yusif Nəzərli
06:40 06.10.2025
Cəmiyyət
557
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır.
Bu barədə Sherg.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, bu məqsədlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:
"Təəssüflə qeyd edilməlidir ki, aparılan maarifləndirmə və təbliğat işlərinə, mediada və sosial şəbəkələrdə mütəmadi yayılan çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşır. Belə laqeyd davranışlar bəzən onların özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatı üçün faciəvi nəticələrə gətirib çıxarır.
Aparılmış təhlillər göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyada zolaqlarının və ya yeraltı, yerüstü keçidlərin yaxınlığında, xüsusilə də sutkanın qaranlıq vaxtında baş verir. Bu isə təhlükəsizlik qaydalarına əməl olunmamasının nə qədər ciddi fəsadlar doğurduğunu bir daha təsdiqləyir".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün piyadalara müraciət edərək onları yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etməklə keçməyə, svetofor siqnallarının tələblərinə ciddi əməl etməyə, telefon və digər yayındırıcı vasitələrdən istifadə etməməyə, azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olmağa çağırır.
"Unutmayaq ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı qaydalara əməl etməklə təkcə öz təhlükəsizliyini deyil, həm də başqalarının həyatını qoruyur" - deyə idarənin yaydığı məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol