Təhsil Nazirliyi alqış aldı
12:31 18.07.2019
Təhsil
1220
10 min kasıba, internat uşaqlarına pulsuz məktəbli formaları veriləcək
Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib. Məqsəd aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaqdır. Bu barədə məlumatı Sputnik Azərbaycan-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.
E.Əzimov bildirib ki, Təhsil Nazirliyi aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaq kimi nəcib təşəbbüsü hər il davam etdirir. “Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internat məktəblərində böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq".
Sovet illərində biz oxşar təşəbbüsləri görərdik. O illərdə də sosial vəziyyəti aşağı olan ailələrin övladlarına məktəbli forması, kitab, dəftər pulsuz paylanardı. Sinif müəllimlərinə şagirdlər arasında ailəsinin maddi durumu aşağı olan uşaqların siyahısını hazırlamaq tapşırılırdı, məktəb rəhbərliyi bu siyahı əsasında şagirdlərə yardımın təşkil edilməsini həyata keçirirdi. Bu da sosial paylaşmanın bir növüdür. İndi Təhsil Nazirliyi belə bir təşəbbüslə çıxış edibsə, əlbəttə, sevindiricidir. Sadəcə, sual doğuran budur ki, aztəminatlı ailələrə mənsub şagirdlər necə, hansı yolla müəyyən ediləcək və onlara yardımlar hansı yolla çatdırılacaq?
Təhsil eksperti Kamran Əsədov da “Şərq”ə açıqlamasında Təhsil Nazirliyinin bu təşəbbüsünün alqışalayiq olduğunu dedi:
- Çox gözəl təşəbbüsdür. Azərbaycan Konstitusiyası, eləcə də “Təhsil haqqında” qanuna görə dövlət istedadlı uşaqların, aztəminatlı ailələrin təminatını, təhsil xərclərini öz üzərinə götürür. Azərbaycanda təhsil müəssisələrinin 50 faizi pulsuz təhsil verir. Müəyyən ailələr var ki, maddi imkansızlıqdan məktəb ləvazimatlarını, məktəbli formasını vaxtında ala bilmirlər. Çoxuşaqlı ailələrdə bu, xüsusilə hiss olunur. Ailədə bir neçə uşaq varsa, görürsən ki, sıxıntı yaranır, bəzən uşaqlar maddi sıxıntıdan təhsillərini davam etdirə bilmir. Ona görə də Azərbaycan dövləti təhsilin əlçatanlığını qarşıya məqsəd qoyub, aztəminatlı ailələrə məktəbli formalarının pulsuz verilməsi də bu məqsədin həyata keçməsi üçün atılan addımdır.
Proses necə həyata keçiriləcək? Bu iş Dövlət Sosial Müdafiə Fondu ilə birgə icra olunacaq. DCF sosial kart sahibi olan vətəndaşlar, müavinət alanlar, əlillər, şəhid ailələri, çoxuşaqlı ailələr barədə elektron məlumat bazasına malikdir. Kimin hansı ünvanda yaşadığı, uşaqların hansı otra məktəbdə təhsil aldığı, hər bir məlumat orada var.
Məktəbli forması paylanacaq şagirdlər məktəblər üzrə müəyyən ediləcək və həmin məktəblərə ehtiyaclı şagirdlərin sayı qədər məktəbli forması göndəriləcək. Bu da həm təhsilin əlçatanlığının təmin olunmasına, həm də təhsilin əhatə dairəsinin genişlənməsinə səbəb olacaq. Bilirsiz ki, orta məktəblərdə bütün dərsliklər də pulsuz paylanır.
Dövlətin təhsil siyasəti budur. Hardasa, kimlərsə neqativ hallara imkan yaradırsa, onlar haqqında mütləq məlumat verilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır -Analiz
17:19 26.12.2024
Aktual
Ağdamda tikilinin damında kişi meyiti tapıldı
17:08 26.12.2024
Hadisə
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib
16:47 26.12.2024
Siyasət
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
16:31 26.12.2024
Gündəm
Meyxanaçı Balaəli məhkəməyə VERİLDİ
16:13 26.12.2024
Şou
Qurban Yetirmişli: Baş verən təkanların sayı 13 də keçib
15:52 26.12.2024
Hadisə
Milli birliyin və bərabərliyin simvolu
15:51 26.12.2024
Siyasət
BƏƏ rəhbərliyi Azərbaycan liderinə başsağlığı məktubu ünvanlayıb
15:30 26.12.2024
Siyasət
TDT Baş katibi Prezidentə başsağlığı məktubu ünvanlayıb
15:20 26.12.2024
Siyasət
Tiktoker Vaqa həbs edildi
15:17 26.12.2024
Cəmiyyət