Suallar imtahandan öncə bəlli olub, nəticələr ləğv edilməlidir  - Kamran Əsədov 

 MİQ imtahanlarının keçirilməsi də DİM-ə tapşırılmalıdır 


Elm və Təhsil Nazirliyi tərəfindən iyulun 12-də keçirilmiş İnformatika fənni üzrə MİQ imtahanında istifadə olunmuş sualların əksəriyyəti bir gün öncə qruplarda müzakirə olunub. Bu, imtahan suallarının öncədən sızdırılması deməkdir və imtahan nəticələrini şübh altında qoyur. 

Bu barədə “Sherg.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi. K.Əsədov qeyd etdi ki, imtahan suallarının imtahandna əvvəl qruplarda ümzakirəyə çıxarılması Elm və Təhsil Nazirliyinin imtahan keçirmək bacarığının olmadığını göstərir: 

- Ötən il də eyni vəziyyət yarandı. Və bu neqativ hal növbəti dəfə təkrarlandı. Bu o deməkdir ki, nazirlik imtahan keçirə bilmir, nazirlik lazımi resurslara malik deyil. Sualların imtahandan bir gün əvvəl qruplarda müzakirə olunması sualların sızdırıldığını, paylaşıldığını, əvvəlcədən ötürüldüyü göstərir. Bunu edən imtahan suallarının tərtib edilməsi tapşırılmış təlimçilərdir. MİQ imtahanlarında təlimçilərin təqdim etdiyi suallardan istifadə edilir. Təlimçilər də kimlər ki onların təlimlərində iştirak edib onlara sualları ötürürlər. Təlimlərdə iştirak edənlər suallarla tanışdır, hansı sualların imtahana salınacağını bilir. Təlimlərdə iştirak etməyənlərlə edənlər arasında ayrı-seçkilik yaranır, birincilərin hüquqları pozulur. Burad obyektivlikdən danışmaq mümkün deyil artıq. 

K.Əsədov qeyd etdi ki, bu vəziyyətdə İnformatika üzrə MİQ imtahanı nəticələri ləğv edilməlidir: 

- Sualların imtahandan öncə qruplarda müzakirə olunması imtahan nəticələrini şübhə altına salır, ona gorə də nəticələr ləğv edilməli, MİQ imtahanlarının keçirilməsi də DİM-ə tapşırılmalıdır.