2024-cü ilin ən yaxşı universitetləri  - SİYAHI

2024-cü ilin ən yaxşı universitetləri açıqlanıb.

"Sherg.az" xəbər verir ki, Euronews Türkcəsində yer alan xəbərə görə, ABŞ-dakı təhsil müəssisələrinin uğurları və reytinqin ilk 10-luğunda Avropadan 5 universitetin olması diqqət çəkir.

Siyahının ilk 10-luğunda Massaçusets Texnologiya İnstitutu (MIT) (ABŞ-100 bal), Kembric Universiteti (İngiltərə-99,2 bal), Oksford Universiteti (İngiltərə-98,9 bal), Harvard Universiteti (ABŞ-98,3 bal), Stenford Universiteti (ABŞ-98,1 bal) ), London İmperial Kolleci (İngiltərə - 97,8 bal), ETH Sürix (İsveçrə - 93,3 bal), Sinqapur Milli Universiteti (NUS) (Sinqapur - 92,7 bal), London Universitet Kolleci (UCL) (İngiltərə - 92,4 bal) və ABŞ 90,4 balla Berkli Kaliforniya Universiteti (UCB) var.

Dünyanın ən yaxşı universitetlərinin reytinqi sıralamasında ( QS World University Rankings 2024) Böyük Britaniyadakı təhsil müəssisələri 2024-cü ildəki zirvədə üstünlük təşkil edib. Siyahının ilk 5 universiteti müvafiq olaraq Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, ETH Sürix və London Universitet Kollecidir.

Avropa qitəsində ilk 10-luğa daxil olan digər akademik qurumlar isə Birləşmiş Ştatlarda Edinburq Universiteti (86,1 bal), Fransanın PSL Paris Universiteti (85,8 bal), Mançester Universiteti (82,2 bal), İsveçrədəki Ecole Polytechnique Federale de Lausanne (EPFL) olub. (80,4 bal) və Almaniyanın Münhen Texniki Universiteti (80) olub.