
Xocalı qatillərini ömürlük həbs gözləyir - RƏY
09:17 22.04.2025
Aktual
424
Biz onlar kimi cani, vəhşi deyilik, sivil cəza üsullarını seçəcəyik
Bakı Hərbi Məhkəməsində davam etməkdə olan erməni separatçılarının cinayət işləri üzrə açıq məhkəmə prosesinin növbəti baxış iclasında Xocalı soyqırımı ilə bağlı dəhşətli videomaterialların nümayiş etdirilməsi oldu.
Bu, doğrudan da olduqca ağır emosional-psixoloji anlar idi. Ona görə də soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq, ürəyi zəif olanların zaldan çıxmaları barədə öncədən xəbərdarlıq edildi. Məhkəmədə nümayiş etdirilən həmin videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə idi.

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a bildirib ki, videokadrlar arasında 33 il öncə şəhid reportyor Çingiz Mustafayevin “Üzünü qaldır, üzünü” deyərək lentə aldığı körpələrin görüntüləri də var idi. Ekspert vurğulayıb ki, həmin görüntüləri zalda oturan azərbaycanlı zərərçəkənlərlə bərabər, erməni separatçıları da izlədilər:
"Bu, həqiqətlə üzləşmə anı idi. Daha doğrusu, vəhşilərin öz vəhşilikləri ilə baş-başa qalma məqamı idi. Azərbaycan məhkəməsi 21-ci əsrin "sivil" barbarlarına onların Xocalıdakı barbarlıqlarını əyani kadrlarla göstərirdi.
Maraqlıdır ki, separatçıların bəzilərinin bu dəhşətli görüntülərə baxmağa üzləri belə olmadı. Daha doğrusu, cəsarətləri çatmadı. Digərləri isə videokadrların onlara, guya, pis təsir etdiyi görüntüsünü yaratdılar. Məyus obrazına girənlərdən biri də Araik Arutyunyan idi. Bu videokadrlar sözsüz ki, müttəhim kürsüsündə əyləşən erməni separatçılarında ciddi narahatlıq doğurdu. Çünki onlar ilk dəfədir ki, öz vəhşiliklərinin miqyasını dərk etmək reallığı ilə üzləşdilər. Bu isə o deməkdir ki, bu vəhşiliklərin cəzası yüngül olmayacaq. Separatçıları təşvişə, qorxuya salan da budur. Bu qorxunu hazırda Ermənistana sığınan digər separatçılar da yaşayırlar. 1990-cı illərin əvvəllərində əlləri xalqımızın qanına batmış bütün müharibə caniləri indi hər gün səksəkə içində öz aqibətlərini gözləyirlər".
B.Mirzəyev qeyd edib ki, məhkəmədə nümayiş etdirilən tükürpərdici videogörüntülər və canlı şahidlərin ifadələri, əslində, bu separatçı-terrorçu köpəklərlə istənilən formada rəftar etməyimizə hər cürə mənəvi əsas verir: "Bu canilər xalqımıza qarşı törətdikləri vəhşiliklərin bədəlini, həqiqətən də, ağır ödəməlidirlər. Lakin biz onlardan fərqli olaraq barbar deyilik. Yırtıcılıq, faşistlik ermənilərə xasdır, bizə yox. Ona görə də biz sivil cəza üsullarını seçəcəyik.
Onları ömürlük həbs gözləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol