
"... 4 il oxumağa ehtiyac yoxdur" - AÇIQLAMA
14:57 08.09.2023
Elm və Təhsil
1034
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Birinci və ikinci mərhələdə ümumilikdə 30 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb.
Hazırda ölkənin əmək bazarında kifayət qədər ixtisaslaşmış işçiyə ehtiyac var. Ona görə peşə təhsilli peşəkar kadrlar hazırlanmalıdır. Bəs əmək bazarında tələb və təklif bir-birini qarşılayırmı?
“Şərq”in sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, ali və orta təhsil müəssisələrinin böyük əksəriyyəti əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir:

“ Ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəsissəsində ümumi olaraq 200000 tələbə təhsil alır. Orta təhsil müəssisələrimizdə bu rəqəm 60000, peşə təhsili müəssisələrində isə bu rəqəm 40000 nəfərə bərabərdir. Ölkənin ali təhsil müəssisələrində keyfiyyət göstəricisi çox aşağıdır. Hər il ali təhsil müəssisə məzunlarından cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Peşə təhsil müəssisələri məzunlarının da işə qəbul olma faizi çox aşağıdır”.
Ekspert vurğulayıb ki, hazırda işə götürənlər daha çox ali və orta təhsil alan şəxslərə üstünlük verirlər. Peşə təhsilli şəxsləri işə götürmək istəmirlər:
“Mütləq qanunvericilikdə dəyişiklik edilməlidir. Müəssisələr öz vakant yerlərinin 25 faizini peşə təhsilli şəxslərə ayırmalıdırlar. Bundan başqa, peşə təhsil müəssisələrinə qəbul olan şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Əsas problemlərdən biri də, ixtisaslaşmalar arasında təsnifləşmənin səhv aparılmasıdır. Elə ixtisaslar var ki, 4 il oxumağa ehtiyac yoxdur. Bir sıra sahələr əmək bazarına daha tez daxil olmalıdırlar. Ümumiyyətlə, eyni ixtisasların həm universitetlərdə, həm kolleclərdə, həm də peşə məktəblərində tədris olunması düzgün deyil. Məsələn, turizm işinin təşkili ilə bağlı ixtisas ya kollecdə, ya da peşə təhsil müəssisəsində olmalıdır. Bu ixtisas üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Akademik bilikləri özündə əks etdirməyən sahələr yuxarı yox, aşağı təhsil pillələrində olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm