Dərsliklər bəzi bölgələrdəki məktəblərə göndəriləcək
Yusif Nəzərli
02:08 31.03.2023
Elm və Təhsil
648
"Azsaylı xalqların dili" fənni üzrə dərsliklər bütün ölkə məktəblərinə paylanmayacaq
Ölkəmizin 14 bölgəsində azsaylı xalqların nümayəndəsi olan şagirdlər öz ana dilində də təhsil alır
I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilir ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlanıb. Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Konstitusiyasına və “Təhsil haqqında” qanuna görə, hər bir şəxsin ana dilində təhsil almaq hüququ var:
- Azsaylı xalqların öz ana dilində təhsil alması insan hüquqlarının tərkib hissəsidir və Azərbaycan dövləti tərəfindən bu hüquq təmin olunur. Azsaylı xalqlar şəxsi muxtariyyət hüququna malikdir, təhsil və mədəni muxtariyyətlərini həyata keçirməkdə sərbəstdirlər. Azərbaycanın qoşulduğu Avropa Xartiyası da bunu ehtiva edir. Azərbaycandakı tolerant mühit zatən bəllidir. Bu mənada bizim hər hansı xartiyanın tövsiyəsinə, qaydalarına riayət etməyimiz gərəkmir. Bütün azsaylı xalqların hüquqları, dilləri, mədəniyyətləri ölkəmizdə qorunur, bu, bizim dövlət siyasətimizin tərkib hissəsidir. Lakin azsaylı xalqların öz ana dilində tədrisi dedikdə, bəzən anlaşılmazlıq yaranır və düzgün izah edilmir. Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Azsaylı xalqlar da həmçinin ilk növbədə Azərbaycan dilində təhsil alır. Eyni zamanda artıq məlum olduğu kimi azsaylı xalqlara öz ana dillərini də öyrənmək, bu dildə təhsil almaq imkanı yaradılıb. Yəni azsaylı xalqların nümayəndələri dövlət dili ilə yanaşı öz ana dillərində də təhsil almaq imkanına malikdirlər. Ölkəmizin 14 bölgəsində azsaylı xalqların nümayəndəsi olan şagirdlər öz ana dilində də təhsil alır. Bura Lənkəran, Lerik, Quba, Qəbələ, Oğuz, Balakən, Zaqatala... və sair bölgələr aiddir. Bunun üçün tədris proqramları, hər cür metodiki vəsaitlər var. Azsaylı xalqların nümayəndələrinin əksəriyyət təşkil etdiyi orta ümümtəhsil məktəblərində ümumən tədris dövlət dilində olsa da, həftədə 2 dəfə ana dili – hər xalqın öz ana dili fənni tədris olunur.
K.Əsədov qeyd etdi ki, "Azsaylı xalqların dili" fənni üzrə dərsliklər bütün ölkə məktəblərinə paylanmayacaq. Azsaylı xalqların kompakt yaşadığı bölgələrdəki məktəblərə göndəriləcək. Bundan əlavə, ana dili fənninin keçilməsi də xalqların nümayəndələrinin öz istəyinə bağlıdır. Bu fənn məcburi deyil, hansı məktəb bu dərslikləri və ana dili fənninin tədris olunmasını istəyəcəksə, istəklərinə uyğun olaraq dərsliklər onlara çatdırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat