Əlavə müəyyən vəzifə maaşı təyin edilməlidir
Əlavə müəyyən vəzifə maaşı təyin edilməlidir
Yusif Nəzərli
06:27 03.04.2023
Elm və Təhsil
627
Müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata salınmalıdır
“Müəllimlərin dərs yükü tədrisin keyfiyyətinə bilavasitə ciddi şəkildə təsir göstərir.
Amma müəllimlər sosial-iqtisadi vəziyyətlərinə görə çox dərs yükünə razı olurlar”.
Bu sözləri “Şərq”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
2016-cı ildə müəllimlərin bir stavka dərs yükünün 12 saatdan 18 saata qaldırılmasının yanlış qərar olduğunu vurğulayan ekspert hesab edir ki, müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata salınmalı və müəllimlərə dərs stavkasından əlavə müəyyən vəzifə maaşı təyin edilməlidir: “Yəni bütün müəllimlər üçün sabit vəzifə maaşı məsələn, 300-500 manat müəyyən edilməlidir, əlavə olaraq da dərs yükünə görə həmişəki maaşları əlavə olunmalıdır.
Müəllimin dərs yükü ölkələr arasında fərqlənir, lakin əsasən müəllimlər üçün müəyyən edilmiş maksimum dərs yükü var. ABŞ-də Milli Təhsil İnstitutunun məlumatına görə, orta məktəblərdə müəllimlər üçün rəsmi olaraq təyin edilmiş dərs yükü həftədə 25-30 saat arasında dəyişir. Birləşmiş Krallıqda isə müəllimlərə həftədə 19 saata qədər dərs verilməsi məsləhət görülür.
Türkiyədə dərs yükü 24 saat, Almaniyada isə 27 saata qədər olur.
Azərbaycanda isə müəllimlərin dərs yükü əsasən həftədə maksimum 36 saat olsa da, daha 12-24 saat arasında dəyişir. Lakin bu rəqəm ölkədəki təhsil müəssisələrinə və fənn növlərinə görə dəyişə bilər. Düşünürəm ki, həftədə 24-36 saat dərs deyən müəllimin dərs keyfiyyəti ilə, 12-18 saat dərs deyən müəllim arasında ciddi keyfiyyət fərqi var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə