Təhsil kreditlərində ümumiyyətlə faiz olmamalıdır
Yusif Nəzərli
15:42 21.07.2023
Elm və Təhsil
608
Lap tutalım, kredit 1-2 faizlidir, yenə də toplamda böyük məbləğ alınır
Dünəndən etibarən 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti üzrə müraciətlərin qəbuluna başlanılıb. Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir ki, tələbə krediti üçün 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilər. Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq. Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər. Müraciət etmək istəyənlər qeydiyyat üçün www.e-ttkf.edu.az linkinə daxil ola bilər.
Kredit almaq tələbəyə sərfəlidirmi? Təhsil krediti də bankların yüksək faizlə verdiyi pul krediti kimi olacaqsa, yazıq tələbənin halına. Təbii ki, aztəminatlı ailələrin krediti ödəmək imkanları məhdud olacaq. Amma elm və təhsil naziri Emin Əmrullayev bundan öncə bildirmişdi ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi cüzi - 1-2 faiz olacaq. Öz hesabına təhsil alan tələbələr üçün isə standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən ediləcək. Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Burada məqsəd daha çox tələbənin, o cümlədən həssas sosial qrupa aid ailələrdən olan tələbələrin ali təhsillərini davam etdirmək imkanlarını genişləndirməkdir. Kreditin geri qaytarılma müddəti isə təxminən 20 il təyin edilir. Tələbələrin krediti geri qaytarması hansı hallarda mümkün ola bilər?
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təhsil kreditinin verilməsində əsas meyar tələbənin tədrisdə əldə etdiyi nəticələrdir: - Doğrudur, aztəminatlı ailələr, həssas sosial qrupa aid olanlara kreditlərin verilməsində güzəştlər var. Bu şərtlər normaldır. Lakin kreditlərin cüzi olsa belə, faizlə verilməsi, hesab edirəm ki, düzgün deyil. Təhsil kreditlərində ümumiyyətlə faiz olmamalıdır. Lap tutalım, kredit 1-2 faizlidir. Yenə də toplamda böyük məbləğ alınır. Hansı ki, tələbə onu ödəmək imkanında olmaya da bilər. 20 il böyük müddətdir. Lakin burada tələbənin qarşıdakı 20 il ərzində uyğun işlə təmin oluna biləcəyi, tələbənin ixtisasına uyğun işdə özünü realizə edib-etməyəcəyi məsələsi var. İlk növbədə tələbənin işlə təmin olunmasına şərait yaradılmalıdır. Tələbə ali təhsil müəssisəsini bitirib konkret bir işdə çalışmalıdır ki, krediti geri qaytara bilsin. İş tapmayacaqsa, krediti necə, hansı yolla ödəyəcək? Tələbənin bu krediti qaytarması üçün lazımi imkanları olacaqmı? Məsələ bundadır. Dünyada tələbələrə verilən kreditin geri alınmaması təcrübəsi var və bu, bir çox ölkədə həyata keçirilir. Məsələn, təhsil aldığı ali təhsil müəssisəsinin hansısa platformada şərəfini yüksəldən, adını ucaldan, hansısa kəşfi, ixtirası ilə, yaxud hansısa əməliylə universitetini məşhurlaşdıran tələbədən, əgər ona təhsil krediti verilibsə, geri alınmır. Ona bağışlanır bu kredit. Başqa bir təcrübə tələbənin çalışdığı şirkət, müəssisə ilə bağlıdır. Əgər ali məktəbi bitirib müəyyən bir şirkətdə, müəssisədə, dövlət qulluğunda çalışan ixtisaslı kadr işində peşəkarlıq nümayiş etdirirsə, işinin öhdəsindən bacarıqla gəlir, şirkətin, müəssisənin inkişafına, gəlirlərin artmasına xidmət edirsə, onun krediti işəgötürən tərəfindən qarşılanır, ödənir. Müsbət təcrübələr çoxdur. Müxtəlif ölkələr ali təhsili stimullaşdırmaq, tələbələrin daha yaxşı təhsil alması və gələcəklərinin təmin edilməsi üçün müxtəlif üsullardan istifadə edirlər. Amma bütün hallarda şəffalıq, obyektivlik əsas götürülməlidir. Həqiqətən çalışdığı müəssisədə özünü doğruldan “kreditli tələbə”nin əvəzinə, bir başqasına güzəşt ediləcəksə, ədalət prinpisi pozulacaq, ixtisaslı kadr itkisi yaşanacaq. Bunlar baş verməsin deyə, ali məktəb rəhbərləri də, müəssisə rəhbərləri də savadlı, istedadlı tələbələrə, işçilərə üstünük verməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət