2023-cü ildə Google-da ən çox nə axtarılıb?
13:47 12.12.2023
Texnologiya
1037
2023-cü ildə Google-da ən çox nə axtarılıb?
“Sherg.az” xəbər verir ki, Google 2023-cü ilin axtarış tendensiyalarını paylaşıb.
Google-a görə, 2023-cü ildə dünyada ən çox axtarılan xəbər, son iki ayın əsas gündəm mövzusu olan İsrail və HƏMAS arasında olan müharibədir. Ondan sonra “Titanik sualtı qayığı” və “Türkiyə zəlzələləri” gəlir.
Qeyd edək ki, ötən il ən çox axtarılan xəbər Rusiya və Ukrayna müharibəsi olub.
Həmçinin bu il dünyada ən çox axtarılan insanlar matç zamanı ürəyi dayanan amerikalı futbolçu Damar Hamlin, daha sonra isə yanvar ayında avtomobil qəzası keçirərək ağır yaralanan oyunçu Ceremi Renner olub.
Onların ardınca Rumıniyada insan alveri, mütəşəkkil cinayətkar qrupu yaratmaq və zorlama kimi cinayətlərə görə mühakimə olunan Endryu Teyt gəlir.
İlk beşlikdə yer alan digər iki şəxs isə fransalı futbolçu Kilian Mbappe və son olaraq Taylor Sviftlə münasibəti ilə gündəmə gələn amerikalı futbolçu Travis Kelcedir.
2023-cü ildə ölən şəxslər arasında ən çox axtarılan şəxs oktyabrın sonunda dünyasını dəyişən Dostlar serialının ulduzlarından Metyu Perri olub. Sonrakı yerdə rok-n-rollun kraliçası sayılan müğənni Tina Törner gəlir.
Ən çox axtarılan ilk iki film müvafiq olaraq Barbie və Oppenheimer olub. Onların ardınca Jawan, Sounds of Freedom və John Wick 4 yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya