İlahiyyatçı: Qarşı cinslə məsafə qorunursa, birgə təhsildə problem yoxdur
13:55 18.12.2023
Texnologiya
929
Bakı İlahiyyat Kollecinin yaradılması Azərbaycanda dini təhsil sahəsində önəmli bir qərardır. Çünki Azərbaycanda dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi. Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Onun sözlərinə görə, dini təhsil ancaq ali təhsil pilləsində mövcud olub:
Komitə sədri qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsi olduğu üçün orada əsasən dinşünaslar və islamşünaslar hazırlanır:
“İslamşünasların məscidlərdə din xadimi kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Lakin Azərbaycan İlahiyyat İnstitutunun məzunlarının hamısının imam olması və ya bütün din sahəsində fəaliyyət göstərən şəxslərin məhz İnstitutunun məzunu olması mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, elə ixtisaslar var ki, həmin kadrların orta ixtisas təhsili müəssisəsində hazırlanması önəmlidir”.
Mübariz Qurbanlı onu da vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunda həm dini, həm də dünyəvi fənlər tədris olunur:
“Azərbaycan İlahiyyat İnstitutunda olduğu kimi Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin əlavə edim ki, qızlar və oğlanlar birlikdə təhsil alacaqlar”.
Bakı İlahiyyat Kollecində qızlar və oğlanlar birlikdə təhsil alacaqlar və bəzi valideynlər buna etiraz edə bilərlər.Sual ortaya çıxır. Bəs dini cəhətdən bu doğrudurmu?
Məsələyə münasibət bildirən Təzə Pir məscidinin axundu, ilahiyyatçı alim Mircəfər Əyyubov "Sherg.az"a vurğulayıb ki, islamın tələbinə uyğun olaraq qarşı cinslə məsafə qorunursa, birgə təhsildə problem yoxdur:
"Konfrans, seminar və məktəblərdə, kişi ilə qadın bir yerdə hansısa, bir məsələ barədə müzakirə aparırlar. Ona görə də valideynlərin narazılığına gərək yoxdur. Bir şərtlə ki, həmin təhsil müəsisəsində məhrəm, naməhrəmlik qorunsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya