Operatorlar və provayderlər məsuliyyət daşıyır-Ekspert
Yusif Sultanoğlu
07:01 28.11.2023
Texnologiya
1482
Qadağan olunmalıdır
Abunəçiyə istənilən vaxtda reklamdan imtina etməsi və ya yalnız arzuladığı reklamı yayımlaması üçün imkan yaradılmalıdır
Gürcüstanda vətəndaşlara reklam xarakterli qısa mesajların göndərilməsi qadağan edilib. Bu barədə qonşu ölkənin Fərdi Məlumatların Mühafizəsi Xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, vətəndaşlara onların razılığı olmadan reklam mesajları göndərmək qadağan ediləcək. Sözügedən qayda pozuntusu baş verərsə, qurumlar 3 min lariyə qədər cərimələnəcəklər. Yeni qanuna əsasən, marketinq məqsədləri üçün məlumatların işlənməsi yalnız məlumat subyektinin razılığı ilə mümkün olacaqdır. Qeyd edək ki, “Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun 2024-cü il martın 1-dən qüvvəyə minəcək.
Rusiyada, Türkiyədə də mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil.
Azərbaycanda isə abonentlərin icazəsi olmadan onlara mesaj göndərilməsi problemi dəfələrlə Milli Məclisdə müzakirə edilsə də, hələlik bu barədə konkret qadağa yoxdur. Bir çox sağlıq mərkəzləri müxtəlif vatsap nömrələrinə mərkəzin tanıtım reklamını göndərir. Oturduğumuz yerdə bizi müxtəlif kampaniyalara qatılmağa səsləyən, mağazaların endirimləri barədə bildirişləri abunəçiləri cana yığıb.
Telefonumuza gələn mesajların 70 faizdən çoxu birbaşa tənzimlənməyən mesajlardır və hüquqlarımızın pozulması deməkdir.
Halbuki abonentlərin mobil nömrələri şəxsi mülkiyyət hesab olunur və toxunulmazdır. Həmin mülkiyyətdən istifadə zamanı qarşı tərəfə mütləq xəbərdarlıq edilməlidir.
Ekspertlər isə hesab edir ki, mobil operatorların vətəndaşlara icazəsiz SMS mesajları göndərmək, qeyri-qanuni olaraq hansısa xidmətə qoşmağa haqqı yoxdur.
İKT mütəxəssisi Heydər Hacıyev isə "Sherg.az"a deyib ki, bu mesajların bəzisi icazəli göndərilir. Ay ərzində bir və ya iki dəfə göndərilir. İcazəsiz mesajlar isə 10-dan çox olur:
“Bəzən vətəndaşlar özləri də şirkət və mağazaların reklam və elan xarakterli sms-ləri almağa razılıq verir.
Biz hər hansı bir veb saytda qeydiyyatdan keçən zaman şəxsi məlumatlarımızı daxil edirik. Bu saytların isə bəzisində bizim gizlilik hüquqlarımızı önəmsəməyərək fərdi məlumatlarımızı reklam şirkətlərinə satırlar. Şirkətlər isə heç bir icazə almadan daimi olaraq reklam xarakterli mesajlar göndərməyə davam edir".
Ekspertin sözlərinə görə, qanunvericilikdə konkret olaraq bu tip mesajların icazəsiz göndərilməsi ilə bağlı hər hansı bir məhdudiyyət olmasa da, bir neçə il əvvəl “Telekomnukasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən, operator və provayder yalnız reklam verici ilə bağlanan müqavilə əsasında reklam yayımlaya bilər:
“Abunəçiyə istənilən vaxtda reklamdan imtina etməsi və ya yalnız arzuladığı reklamı yayımlaması üçün imkan yaradılmalıdır. Əks təqdirdə operator və provayder məsuliyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi