Hər kəs "rus generalı"nı görməyə qaçdı - FOTOLAR

Türkiyənin Ərdahan şəhərində bir bina tikintisi üçün bünövrə qazıntısı aparılarkən tapılan tabutun rus generala aid olduğu irəli sürüldü.
Sherg.az xəbər verir ki, "Rus generalın tabutu tapıldı" xəbəri qısa müddətdə şəhərə yayılıb və yüzlərlə insan onu görmək üçün tikinti meydanına axın edib. Çevik Alay dəstələri qazıntı sahəsinə girmək istəyənləri çətinliklə uzaqlaşdırdı.
Şəhərin Qaragöl məhəlləsində qazıntı maşını ilə bünövrə qazılarkən üzərində xaç işarəsi olan bir tabut tapılıb. Tikintidə çalışanlar vəziyyəti səlahiyyətli nümayəndələrə bildirib. Hadisə yerinə gələn polis qazıntı sahəsinin ətrafında təhlükəsizlik tədbirləri görüb. Qazıntı yerinə gələn Qars Muzey İdarəsinin briqadaları, meydançada araşdırmaya başlayıb. Torpaq altındakı tabutu çıxaran şəxslər, içərisində bir rus generalına aid olduğu söylənən skelet, çürüməyə üz tutan ayaqqabı və palto olduğunu deyib.